Kondisioner qurasdirilmasi
Kondisioner quraşdırılması üzərində əhəmiyyətli dayanılması lazım olan bir mövzudur. Kondisionerin yerləşdiriləcəyi yerin müəyyən etmək üçün əvvəlcə otağa uyğun kondisionerin alınmasında texniki mütəxəssis dəstəyi lazımdır. Ən əlverişli və maneəsiz yerə quraşdırılması lazım olan kondisionerlərdən yüksək performans gözləmək olar.
Kondisionerlər 2 cür quraşdırılır:
Standart və qeyri-standart üsullarla quraşdırılma həyata keçirilir.
Standart üsulla həyata keçrilən quraşdırılmada Xarici blokun yuxarı kənarı pənəcərə altından aşağıda yerləşir. Daxili blok pəncərəyə bitişik divara yerləşdirilir. Bu halda kondisionerin daxili və xarici bloku arasındakı məsafə beş metrdən çox olmamalıdır. Kondensatın daxili blokdan maneəsiz çıxması üçün tras 3-5 dərəcə meyllilikdə (xaricə doğru aşağı istiqamətdə) olur. Kondisionerin daxili bloku mütləq düz quraşdırılmalıdır, yoxsa su sızması baş verə bilər..
Qeyri – standart quraşdırılma – müştərinin əlavə tələblər və istəklərini nəzərə alaraq və ya standart quraşdırmanın texniki mümkünsüzlüyü səbəbindən kondisionerin quraşdırılmasıdır. Bu hallar standart quraşdırılmaya nəzərən daha çətin və daha çox maliyyə tələb edən xidmətlərdəndir. Bunun üçün daha çox texnikii avadanlıq tələb olunur. Borular daha diqqətli yerləşdirilməli və divara möhkəm bərkidiliməldir. Qaldırıcı kran tələb olunur.
*Quraşdırmanı işinin mütəxəssisi etməlidir.
*Daxili və xarici modulların taxılacağı yerlərin təhlükəsizliyindən əmin olunmalıdır.
*Daxili modulların sabit qalacaq şəkildə yerləşdirilməsi lazımdır.
*Gərginlik, naqil kəsintiləri yoxlanmalıdır.